Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranı qəbul edib. Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı həmçinin, Azərbaycanla Ukrayna arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişafından məmnunluq ifadə olunub.
Modern.az