Modern.az

Kilsələrin, sinaqoqların qapısı hər zaman açıqdır - Spiker

Kilsələrin, sinaqoqların qapısı hər zaman açıqdır - Spiker

Parlament

1 İyun 2023, 11:27

Azərbaycan multikulturalizminin banisi görkəmli lider Heydər Əliyev olub. Onun bizlərə əmanət qoyduğu multikulturalizm bu gün də davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın "Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” adlı beynəlxalq konfransa göndərdiyi məktubda qeyd edilib.

 

"Bizim ölkədə məscidlərin, kilsələrin, sinaqoqların qapısı hər zaman açıqdır. Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri yaşayır. Onlar Qarabağ müharibəsi zamanı ölkənin ərazi bütövlüyünün təmin edilməsində yüksək səviyyədə iştirak ediblər. İndi də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında yaxından iştirak edirlər. Azərbaycan hər zaman ölkədə multikulturalizmin təmin edilməsinə diqqət yetirib və yetirəcək", - deyə spiker vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı