Modern.az

Qazılar Şurası fətva verdi - RAMAZAN TƏQVİMİ

Qazılar Şurası fətva verdi - RAMAZAN TƏQVİMİ

Təhsil

8 İyul 2013, 15:28

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar bu gün fətva verib.

Modern.az-ın məlumatına görə, bu gün Ramazanın başlanması ilə bağlı QMİ-də tədbir keçirilib. Tədbirdə bildirlib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyulun 10-da başlayır. İyulun 9-u orucluğun niyyət gecəsidir.

Ayın görünməsindən asılı olaraq Ramazan bayramı (Fitrə bayramı) miladi təqvimlə avqustun 8-i və ya 9-na təsadüf edəcək.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.




Vüqar İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...