Modern.az

Qələbə qazanana qədər dayanmayacağıq - Zelenski

Qələbə qazanana qədər dayanmayacağıq - Zelenski

Dünya

1 İyun 2023, 12:12

Müharibə Ukrayna qalib gələnə qədər davam edəcək. 

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

"Biz qələbə əldə edənə qədər dayanmayacağıq. Rusiya işğal etdiyi bütün ərazilərimizi tərk edərsə, müharibəni daha tez dayandıra bilər",- deyə Zelenski Moldovada jurnalistin suallarını cavablandırarkən deyib.

 

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Moldovaya səfərə gedib. O, Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!