Modern.az

Milli Şuranın jurnalistlərə qoyduğu qadağanın səbəbi - AÇIQLAMA

 Milli Şuranın jurnalistlərə qoyduğu qadağanın səbəbi - AÇIQLAMA

Təhsil

8 İyul 2013, 15:34


Milli Şuranın iyulun 9-da keçirəcəyi III sessiyaya jurnalistlər buraxılmayacaq. Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında baş tutacaq iclasa jurnalistlərin buraxılmamasının əsl səbəbləri məlum olub.

Bu barədə Modern.az-a danışan Milli Şura üzvü Zəfər Quliyev bu qərarın rəhbərlik tərəfindən verildiyini diqqətə çatdırıb.

“Burada qeyri-adi heç nə yoxdur. İclasın səmərəliliyi üçün, iclasın daha sakit keçməsi üçün bu addımı atdıq. Milli Şurada bu məsələ ilə bağlı hamının qərarı var idi. Sabahki iclas təşkilati məsələlərinə görə qapalı keçiriləcək.  İclasın sonunda mətbuat üçün ətraflı brifinq keçiriləcək. İclasla əlaqədar lazımı məlumatlar orada veriləcək”-deyə Milli Şura üzvü jurnalistlərə qoyulan qadağadanı şərh edib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...