Modern.az

Sülh danışıqlarında irəliləyiş var - Şarl Mişel

Sülh danışıqlarında irəliləyiş var - Şarl Mişel

1 İyun 2023, 13:18

Biz tərəflər arasında müəyyən irəliləyişlər əldə etmişik.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan rəhbərləri arasında bu gün Moldovada keçiriləcək görüşlə bağlı sualı cavablandırarkən deyib. 

 

“Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirəm ki, bu görüşdə iki ölkə arasında münasibətlərin tənzimlənməsinə dair ümumi iradəni təsdiq edəcəyik”, - deyə Şarl Mişel bildirib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovada görüş keçirəcək. Görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək.

 

Avropa İttifaqı Şurasının saytında yer alan məlumatda bildirilib ki, beştərəfli görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Görüş Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı