Modern.az

Makron Azərbaycanla bağlı sualı cavabsız qoydu

Makron Azərbaycanla bağlı sualı cavabsız qoydu

Dünya

1 İyun 2023, 13:22

Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasiminə qatılan Fransa prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanla bağlı sualı cavabsız qoyub. 

 

Modern.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

 

Bildirilib ki, media nümayəndələri Makrona Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsinə dair sual ünvanlayıb. Lakin Fransa prezidenti sualdan yayınıb.

 

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovada görüş keçirəcək. Görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək.

 

Avropa İttifaqı Şurasının saytında yer alan məlumatda bildirilib ki, beştərəfli görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Görüş Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?