Modern.az

Növbə üstündə kişinin gözünü çıxaran şəxs HƏBS EDİLDİ

Növbə üstündə kişinin gözünü çıxaran şəxs HƏBS EDİLDİ

Hadisə

1 İyun 2023, 17:26

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edərək, vətəndaşa xəsarət yetirən Elçin Fərhadzadənin həbsinə qərar verilib.

 

Modern.az xəbər verir ki, Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

***

13:30

Gəncədə kişinin gözünü vurub çıxaran şəxsə cinayət işi açılıb.

 

Bunu Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

 

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xərarət alması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib. E. Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) madəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, hadisə Gəncə şəhərində ödəmə terminalının qarşısındakı növbə üstündə baş vermiş dava zamanı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi