Modern.az

Putindən Paşinyana: Ümid edirəm ki, birgə işi davam etdirəcəyik 

Putindən Paşinyana: Ümid edirəm ki, birgə işi davam etdirəcəyik 

1 İyun 2023, 14:12

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş nazirı Nikol Paşinyana ad günü münasibətilə təbrik məktubu göndərib.


Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


“Doğum günü münasibətilə səmimi təbriklərimi qəbul edin.


Aramızda qurulan konstruktiv dialoqu yüksək qiymətləndirirəm. Çətin beynəlxalq vəziyyətə baxmayaraq, Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin uğurla inkişaf etməsi vacibdir.


Ümidvaram ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələləri üzrə sizinlə birgə işi davam etdirəcəyik.


Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”,- deyə məktubda bildirilir.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi