Baş Prokurorluq mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası əsasında açılmış cinayət işinə dair rəsmi məlumat verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytının sorğusuna cavab olaraq aşağıdakıları bildirib:
”Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə əlaqədar başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb.
Gültəkin Ələsgər