Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğana zəng edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, baş katib Ərdoğanı seçilməsi münasibətilə təbrik edib. Tərəflər bölgə ilə bağlı məsələləri müzakirə ediblər.