Modern.az

YAP-çı deputat ermənilərin “qara siyahısına” düşən ombudsmana məktub yazdı

YAP-çı deputat ermənilərin “qara siyahısına” düşən ombudsmana məktub yazdı

Təhsil

8 İyul 2013, 17:31


Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Moldova Respublikasının Parlament Vəkili Aurelia Qriqoriuya məktub göndərib. Bu barədə Modern.az-a deputat özü məlumat verib.

“Hörmətli xanım parlament vəkili!

Sizin 4 iyul 2013-cü il tarixində Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən beynəlxalq tədbirdə çıxışınız Azərbaycanda böyük maraqla qarşılandı.

Çıxışınızda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və Xocalı soyqırımı barəsində fikirlər səsləndirməniz Sizin Dağlıq Qarabağ münaqişəsinin tarixindən yaxşı məlumatlı olmanızı sübut edir.

Ermənistan SSRİ dağıldıqdan sonra ölkəmizin daxili siyasətindəki mürəkkəb situasiyadan istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işgal etdi. 1 milyon vətəndaşımızı məşburi köçkün halına saldı, Xocalı soyqırımı və yüzlərlə digər faciələr törətdi. Bütün bunlar postsovet tarixinin qara səhifələrindən sayıla bilər.

Ermənistan bu gün işgal etdiyi ərazidə öz silahlı qüvvələrini saxlayır və yeganə ölkədir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımır.

Sizin Ermənistan parlament binasındaki beynəlxalq tədbirdə həqiqəti söyləməyiniz Sizin siyasi cəsarətinizdən və obyektivliyinizdən xəbər verir. Fərqli fikir söylədiyinizə görə Ermənistanda təhdidlərə məruz qalmağınız, ölümlə hədələnməyiniz, Sizə zor tətbiq edilərək iki gün ölkədən kənara buraxılmamagınız həmin ölkənin insan hüquqlarına olan münasibətini bariz şəkildə sübüt etdi.

Hörmətli xanım Aurelia Qriqoriu !

Bir Azərbaycan vətəndaşı və parlamentin deputatı kimi obyektivliyinizə, siyasi cəsarətinizə və təhdidlərə baxmayaraq mətinliyinizə görə Sizə öz dərin təşəkürümü bildirirəm.

Sizin simanızda Moldova dövlətinə inkişafında uğurlar arzu edir, dost moldova xalqına öz salamlarımı yetirirəm”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...