Milli Məclisin sabiq deputatı, bəstəkar Hüseyn Abdullayev yaydığı bəyanatı təkzib etdiyi üçün vəkili Kamandar Nəsibovdan imtina edib.
“Azadlıq” qəzeti ilə əlaqə saxlayan Hüseyn Abdullayev Kamandar Nəsibovun dediklərini qətiyyətlə inkar edib. Keçmiş millət vəkili bildirib ki, verdiyi bəyanatın arxasında durur və orada yazılanların hamısı bilavasitə ona məxsus fikirlərdir.
“O bəyanat mənə məxsusdur, orada yazdığım bütün sözlərin də arxasında dururam” deyən Hüseyn Abdullayev bundan sonra Kamandar Nəsibov adlı vəkilinin olmadığını da vurğulayıb.
Qeyd edək ki, H.Abdullayev bir neçə gün əvvəl bəyanat yayaraq hakimiyyət nümayəndələrini tənqid etmişdi. Vəkil Kamandar Nəsibov isə Hüseyn Abdullayevin verdiyi bəyanatı təkzib edərək sabiq deputat tərəfindən hər hansı bəyanatın verilmədiyini bildirib.
Modern.az