Meksika hüquq-mühafizə orqanları ötən həftə itkin düşən 7 gəncin axtarışları zamanı ölkənin qərbindəki qayalıqlarda insan cəsədlərindən ibarət 45 ədəd torba aşkar ediblər.
Modern.az BBC-yə isttinadən xəbər verir ki, Qvadalaxara şəhərində tapılan torbalardakı cəsədlərin sayı bilinməsə də, onların içərisində həm kişi, həm də qadın olduğu bildirilib.
Relyefin çətin olması səbəbindən axtarışların daha bir neçə gün davam edəcəyi gözlənilir. Tapılan meyitlərin kimə məxsus olduğu hələlik məlum deyil.
Rəsmi hökumət məlumatlarına görə, Meksikada 100 mindən çox insan itkin düşüb. Bu insanların çoxunun mütəşəkkil cinayətin qurbanı olduğu ehtimal edilir.