Modern.az

Azərbaycan nefti 2 faizdən çox bahalaşıb

Azərbaycan nefti 2 faizdən çox bahalaşıb

2 İyun 2023, 10:04

"Azeri Light" markalı Azərbaycan nefti 2 faizdən çox bahalaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 1,58 ABŞ dolları, yaxud 2,1 % artaraq 76,63 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI