Modern.az

Rusiya yenidən “Volqa”nın istehsalına başlayır

Rusiya yenidən “Volqa”nın istehsalına başlayır

İqtisadiyyat

2 İyun 2023, 10:19

Rusiyanın "Qorki Avtomobil Zavodu" (QAZ) şirkəti "Volqa" brendi ilə yeni avtomobillərin istehsalına başlaya bilər.

 

Modern.az RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib.

 

Manturov vurğulayıb ki, "Volkswagen" Rusiyanı tərk etdiyi üçün şirkət zavodun nəzarət texnologiyası üzrə tərəfdaşı olacaq.

 

"Həmkarlar deyirlər ki, yeni modelin hazırlanması təxminən 8-9 ay çəkir”, - Baş nazirin müavini bildirib.

 

Onun sözlərinə görə, Rusiya “Volqa”nı “Moskviç” brendi ilə eyni formada, yəni texnoloji tərəfdaş cəlb etməklə yenidən canlandırmağı planlaşdırır.

 

Qeyd edək ki, "Volqa" modelinin sonuncu avtomobili QAZ-3110 olub və 2004-cü ildə istehsalını dayandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu