Modern.az

Hamısı məhv edilib - Zalujnı Rusiyanın PUA hücumundan DANIŞDI

Hamısı məhv edilib - Zalujnı Rusiyanın PUA hücumundan DANIŞDI

2 İyun 2023, 10:38

Ukrayna səmasında 15 qanadlı raket və 21 PUA məhv edilib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat verib.

 

Onun sözlərinə görə, iyunun 1-dən 2-nə keçən gecə saat 23:00-da Rusiya qüvvələri cənubdan kamikadze pilotsuz təyyarələrlə Ukraynaya hücum edib.

 

"İşğalçılar şimal istiqamətindən daxil olaraq hava hücumundan müdafiəni çaşdırmağa çalışaraq manevr ediblər. Bütün hədəflər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib", - o əlavə edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI