Modern.az

Bərdədə ər arvadını BIÇAQLADI

Bərdədə ər arvadını BIÇAQLADI

Hadisə

2 İyun 2023, 10:40

Bərdə rayonunda ailə münaqişəsi zəminində kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, iyunun 2-si saat 09 radələrində 1987-ci il təvəllüdlü Zöhrab Həşimov 1990-cı il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

Qadın xəstəxanaya yerləşdirilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.

 

Bərdə Rayon Polis Şöbəsində stintaq hərəkətləri aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var