Modern.az

Dədə Şəmşirin 120 illiyi qeyd edilib - FOTOLAR

Dədə Şəmşirin 120 illiyi qeyd edilib - FOTOLAR

Təhsil

8 İyul 2013, 19:54

Bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun fədakar təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti var. Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuşdur. Onlara hər zaman böyük diqqət göstərilib, yaradıcılıqları dəyərləndirilibdir.
Ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir də həmişə yüksək qayğı ilə əhatə olunub, yaradıcılığı dövlət tərəfindən yüksək adla qiymətləndirilib. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə Dədə adını xalqdan qazanmışdır.

Bu il Azərbaycanın ustad aşığı Aşıq Şəmşirin anadan olmasından 120 il ötür. Geridə qalmış müddətdə sənətkarın irsi daha geniş şəkildə işıqlandırılaraq oxucuların diqqətinə çatdırılıb. Hazırda Azərbaycan mədəniyyətinin gənc nəslə aşılanması istiqamətində fəaliyyət göstərən ustad sənətkarın adını daşıyan “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi Dədə Şəmşirin 120 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edir. 2013-cü ilin əvvəlindən başlayaraq bir neçə dəfə sənətkarın irsinin araşdırılması ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunmuş, konfranslar keçirilib. Tədbirlərdə Aşıq Şəmşirin sənətinə yüksək dəyər verən insanlar, ziyalılar, Aşıq Şəmşir yaradıcılığının araşdırması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi növbəti yubiley tədbirini Mingəçevir şəhərində keçiib. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin birgə keçirdiyi bu tədbirdə rayon rəsmiləri, İctimai Birliyinin nümayəndələri, gənc yazarlar, saz-söz adamları iştirak edib. Aşıq Şəmşirin şeirləri səsləndirilib, nəğmələri ifa edilib.


Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...