Modern.az

Nazirlər büdcəyə görə Milli Məclisə gəldilər 

Nazirlər büdcəyə görə Milli Məclisə gəldilər 

2 İyun 2023, 11:08

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilir.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə dörd məsələ daxil edilib.

 

Bunlar aşağıdakılardır:

 

1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

4. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

Qeyd edək ki, iclasda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?