Modern.az

DSMF-nin gəlir və xərcləri artırılacaq

DSMF-nin gəlir və xərcləri artırılacaq

Parlament

2 İyun 2023, 11:06

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərclərinin artırılaraq, 6 milyard 267 milyon 970 min manata qaldırılması təklif edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “ Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə görə, bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 102 700 000,0 manatdan 106 700 000,0 manata qaldırılması təklif edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü