Misirin müvəqqəti prezidenti Ədli Mənsur Qahirədə keçmiş prezident Məhəmməd Mursi tərəfdarları ilə ordu arasında günlərdir davam edən qanlı toqquşmalara son qoyulmasını tələb edib. Modern.az –ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Ə.Mənsur Misirdə günahsız insanlarımn ölümünə təəssüf etdiyini bildirib.
Bütün qüvvələri sakit olmağa çağıran Mənsur ölkənin milli təhlükəsizliyinin qorunmasının mühüm olduğunu Misir xalqının diqqətinə çatdırıb.
Müvəqqəti prezident Misir vətəndaşlarının qanının axıdılmasının haram olduğunu deyib.
Mənsur həmçinin müraciətində insanları ölkənin həsssas bölgələrinə və hərbi obyektlərə yaxınlaşmamağı tapşırıb. Prezident həmçinin tərəfdarlarına söz verərək Misirdə hər şeyin ən qısa zamanda yaxşı olacağını vurğulayıb.
Modern.az