Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Modern.az saytı xəbər verir ki, nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, antisovet "İldırım" təşkilatının qurucularından biri Gülhüseyn Hüseynoğlu iyulun 8-də vəfat edib.
Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olub. 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda alıb. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, aspiranturaya qəbul olunub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib. 1956-cı ildə ona tam bəraət verilib, aspiranturaya bərpa edilib. Universitetdə müəllim saxlanıb.
Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə çap olunub.