Serbiya prezidenti Aleksandr Vuçiç Kosova prezidenti Vyosa Osmani ilə görüşüb.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, görüş Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələsi üzrə ali nümayəndəsi Jozep Borel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron da görüşdə iştirak edib.
Əsas müzakirə mövzusunun son vaxtlar iki ölkə arasında yaranmış gərginlik olduğu vurğulanıb.
Qeyd edək ki, 2008-ci ildə müsəlman albanların çoxluq təşkil etdiyi Kosova Serbiyadan müstəqilliyini elan edib. ABŞ, Türkiyə və əksər Avropa ölkələri Kosovanın müstəqilliyini tanısa da, rəsmi Belqrad bu ölkəni öz ərazisi hesab edir.