ABŞ prezidenti Barak Obama müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.
Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Obama Ramazan müsəlmanlar üçün din və etiqad vaxtıdır:
"Ramazan müsəlmanlar üçün dərin düşünmə, din və etiqad vaxtıdır. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərini reallaşdırmaq imkanıdır. Bu əlaqələr bir çox hallarda bizləri ayıran fərqlilikdən daha möhkəmdir" .
ABŞ prezidentinin sözlərinə görə, amerikalı müsəlmanlar ölkənin inkişafına öz töhfəsini verir, hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyir.
Obama qeyd edib ki, ötən 4 il ərzində olduğu kimi, bu il də bir qrup müsəlmanı Ağ Evdə iftar süfrəsinə dəvət edəcək.
Obama həmçinin bəyan edi b ki, Vaşinqton Yaxın Şərq və Afrika müsəlmanlarının ölkələrində demokratik dəyişikliklərin olması üçün fəaliyyət göstərəcək.
Modern.az