Modern.az

Anklavlar məsələsi ilə bağlı qərar yoxdur - Harutyunyan

Anklavlar məsələsi ilə bağlı qərar yoxdur - Harutyunyan

2 İyun 2023, 13:58

"Sülh müqaviləsi layihəsi, eləcə də anklavlar məsələsi ilə bağlı qərar yoxdur".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin administrasiyasının rəhbəri Arayik Harutyunyan jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hazırda narahatlığa əsas yoxdur. 

 

"Paşinyanın anklavlar və Qarabağla bağlı yanaşmalarını tam bölüşürəm, əks halda onun siyasi komandasında olmazdım. Hökumətin Bakı ilə sülh müqaviləsi ilə bağlı 120 səhifəlik sənədi müzakirə etməsi ilə bağlı yayılan xəbərlər doğru deyil", - deyə Ermənistan rəsmisi qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI