Modern.az

Yaponiya ABŞ-a partlayıcı satmağın yolunu tapıb - Ukrayna üçün

Yaponiya ABŞ-a partlayıcı satmağın yolunu tapıb - Ukrayna üçün

2 İyun 2023, 14:24

Yaponiya Ukraynaya mərmi istehsalı üçün ABŞ-a partlayıcılar satmağın yolunu tapıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

Belə ki, kommersiya məqsədi ilə satılan ikili təyinatlı məhsullar və ya avadanlıqlar üzrə ixrac məhdudiyyətləri sırf hərbi məhsullara nisbətən daha az sərtdir. Buna görə də Yaponiya ABŞ-a “sənaye” trotilini tədarük edə biləcək. Yəni bu partlayıcı sırf hərbi məhsul hesab edilmir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI