Modern.az

Şentop parlament sədrliyini Bahçeliyə ötürdü

Şentop parlament sədrliyini Bahçeliyə ötürdü

2 İyun 2023, 14:32

Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən formalaşmış 28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk iclası - andiçmə mərasimi start götürüb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, 27-ci çağırış parlamentin spikeri Mustafa Şentop vəzifə səlahiyyətlərini müvəqqəti olaraq ilk iclasa sədrlik edəcək MHP lideri Devlet Bahçeliyə ötürüb.

 

"TBMM-ə sədrlik etmək nadir bir vəzifədir. Böyük şərəfdir. 28-çağırışda Məclis parlaq bir başlanğıcla işinə başlayır", - deyə o Şentop bildirib.

 

Qeyd edək ki, Türkiyə prezidentinin andiçmə mərasimi sabah baş tutacaq.

Bu xəbər ilə bağlı
Türkiyə parlamenti sabah andiçmə ilə işə başlayır - Sədr Bahçeli olacaq
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI