“Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri həqiqətən də genişdir".
Modern.az Qazaxıstan PA - "Aqorda"nın yaydığı məlumata istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
"Ötən ilin sonunda Avropa investisiyalarının axını 23% artaraq 12,5 milyard dollar təşkil edib. Qazaxıstana 30 il ərzində cəlb edilmiş 350 milyard dollarlıq birbaşa xarici investisiyanın demək olar ki, yarısı Avropa mənşəlidir. Avropa İttifaqı Qazaxıstanın ən böyük ticarət tərəfdaşıdır və xarici ticarətimizin 40%-dən çoxunu təşkil edir", - o əlavə edib.
"Ötən il Qazaxıstanla Aİ ölkələri arasında qarşılıqlı ticarətin həcmi 40 milyard dollar təşkil edib. Hesab edirəm ki, 2025-ci ilə qədər bu rəqəmi 50 milyard dollara çatdırmaq üçün hər cür imkanımız var” - Tokayev bildirib.