Modern.az

Ermənistanda dolma festivalı - onlar dolmanı Ginnesin Rekordlar Kitabına yazdırmaq istəyirlər

Ermənistanda dolma festivalı - onlar dolmanı Ginnesin Rekordlar Kitabına yazdırmaq istəyirlər

Təhsil

9 İyul 2013, 10:31


“Erməni aşpazlıq ənənələrinin inkişafı və qorunması” ictimai təşkilatı iyulun 10-da növbəti “Dolma festivalı” keçiriləcəyini elan edib. Artıq üçüncü dəfə keçirilən tədbir ölkədə daha çox xarici qonaq olan vaxta, Yerevan beynəlxalq kino festivalı günlərinə təsadüf edir.

“BBC Azərbaycanca”nın məlumatına görə, bu təşəbbüslə çıxış edən erməni müəlliflər ən uzun dolma hazırlayıb, tək kinofestivalın qonaqlarını yox, bütün dünyanı mat qoymaq istəyirlər.  “Məqsədimiz ən uzun dolma hazırlayıb, Ginnesin Rekordlar Kitabına daxil etdirməkdir”, - deyə Aşpazlıq ənənələrinin inkişafı və qorunması təşkilatının sədri Sedrak Mamulyan bildirib. Həmişəki kimi “dolma festivalı” Sardarapat etnoqrafiya muzey kompleksi ərazisində keçiriləcək. Festivalda iştirak etmək üçün Yerevandan və Ermənistanın müxtəlif rayonlarından restoranlar və aşpazlar müraciət edib. Yarışmaya qatılan aşpazlar 60-dan çox dolma növlərini nümayiş etdirəcəklər. Etnoqraf Svetlana Poğosyan dolma festivalının Sardarapat xatirə kompleksində keçirilməsini təsadüfi saymır, “bura milli mədəniyyətin və adət-ənənələrin nümayiş etdirilməsi üçün ən yaxşı yerdir”,- o deyib. Svetlana Poğosyanın fikrincə, dolmanın erməni xörəyi olduğunu sübut etməyə ehtiyac yoxdur, sadəcə onu bir daha nümayiş etdirmək lazımdı. Modern.az  
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...