Modern.az

Daha 40 nəfərə elmi dərəcə verilmədi

Daha 40 nəfərə elmi dərəcə verilmədi

Təhsil

2 İyun 2023, 16:48

May ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından Modern.az-a bildirilib ki, ötən ay 49 nəfərə fəlsəfə doktoru, 13 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə imtina cavabı gəlib.

 

May ayı ərzində 26 nəfərə dosent, 6 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 1 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.

 

Nostrifikasiya və təkrar attestasiyadan keçən 5 nəfərə fəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru adı verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi