Milli Şuranın bu günə təyin olunan III sessiyası öz işinə başlayıb. Modern.az-ın məlumatına görə, Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında keçirilən iclas mətbuata qapalı keçirilir.
Sessiyada MŞ-ın vahid namizədi Rüstəm İbrahimbəyovun seçki qərargahının yaradılması ətrafında müzakirələr aparılacaq. Həmçinin iclasda Milli Şuranın komissiyaların, komitələrin yaradılması ilə da gündəmə gətiriləcək.
İclasda Milli Şurada təmsil olunan partiya rəhbərləri iştirak edirlər. Jurnalistlərin iştirak etmədiyi iclasın sonunda brifinq keçiriləcək.
Anar RÜSTƏMOV