Danimarkanın baş naziri Mette Frederiksen,süni intellektlə işləyən "ChatGPT" chatbotundan istifadə edərək hazırlanan mətnlə çıxış edib.
Modern.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.
Məlumata görə Danimarka Baş naziri Frederiksenin süni intellektin innovativ cəhətlərini və risklərini vurğulamaq üçün parlamentdəki çıxışının bir hissəsi "ChatGPT" tərəfindən hazırlanıb.
Son zamanlar çox müzakirə edilən "ChatGPT"nin əhəmiyyətinə diqqət çəkən Frederiksen, süni zəkanın edə biləcəyinin həm valehedici, həm də qorxulu olduğunu söyləyib.
Süni intellektin saniyələr ərzində nitq yaza, universitet tapşırığı və ya hesabat hazırlaya bildiyini qeyd edən Frederiksen, bunu real şəkildə edə bildiyini və bunun arxasında insan deyil, robotun olduğuna inananların çox az olduğunu bildirib.