Modern.az

Sərnişin avtobusda ürəktutmasından öldü

Sərnişin avtobusda ürəktutmasından öldü

Hadisə

3 İyun 2023, 08:40

Bakının Suraxanı rayonunda avtobusda ölüm hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində hərəkətdə olan 161 saylı xətt üzrə hərəkət edən avtobusda qeydə alınıb.

 

Belə ki, 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürəktutmasından dünyasını dəyişib. Əraziyə təcili yardım briqadası çağırılsa da gec olub.

 

Onun ölüm səbəbi araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım