Modern.az

İndoneziyadan Ukrayna və Rusiyaya sülh təklifi

İndoneziyadan Ukrayna və Rusiyaya sülh təklifi

Dünya

3 İyun 2023, 12:40

İndoneziyanın müdafiə naziri Prabowo Subianto Ukrayna üçün öz sülh planını təklif edib. O, dərhal atəşkəs və hazırkı döyüş xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılmasını tələb edib.

 

Modern.az xəbər verir ki, müdafiə naziri bunu Sinqapurda Şanqri-La Dialoq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

 

Subianto qeyd edib ki, Ukrayna hadisələri bütün dünyada çoxlu sayda insana təsir edir, çünki qeyri-ərzaq məhsullarının və enerji mənbələrinin qiymətləri kəskin artıb.

 

"Birincisi, dərhal atəşi və hərbi əməliyyatlari dayandırmaq lazımdır. İkincisi, hazırkı cəbhə xəttindən 15 kilometr aralıda hər iki tərəf qoşunları dağıtmaq və demilitarizasiya zonası yaratmalıdır. Üçüncüsü isə BMT-nin himayəsi altında atəşkəs rejiminə riayət olunmasına nəzarət edəcək sülhməramlı missiya bölgəyə gəlməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI