Modern.az

Etibar Məmmədov: “Rüstəm İbrahimbəyova Allah xeyir versin”

Etibar Məmmədov: “Rüstəm İbrahimbəyova Allah xeyir versin”

Təhsil

9 İyul 2013, 13:09

Tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun Milli Şuranın prezidentliyə vahid namizədi olaraq irəli sürülməsi iqtidar düşərgəsindən tutmuş müxalif cəbhəyədək siyasi areanada geniş müzakirə obyektinə çevrilib. Ölkənin aparıcı müxalifət partiyaları, siyasi liderləri R.İbrahimbəyovun namizədliyini dəstəkləsə də Milli İstiqlal Partiyası gözləmə mövqeyini seçib.

Əməkdaşımız Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi ilə bağlı AMİP lideri Etibar Məmmədovdan münasibət öyrənməyə çalışıb.

Milli Şuraya ehtiyatla yanaşan E.Məmmədov İbrahimbəyovun namizədliyinin müxalifət üçün perspektivli olub-olmayacağı haqda sualımıza belə cavab verib:

“Bu haqda heç nə demək istəmirəm. Kim iştirak edəcəksə Allah xeyir versin. Fəaliyyətlərində uğurlar arzu edirəm. Başqa heç nə deyə bilmərəm”-deyə E.Məmmədov bildirib.

Qeyd edək ki, Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyası Milli Şurada iştirak etmir. Buna səbəb kimi partiya funksionerləri siyasi mövqelərinin Milli Şura ilə üst-üstə düşmədiyini bildiriblər.

Anar RÜSTƏMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...