Modern.az

Misirlə sərhəddə İsrailin 2 əsgəri öldürüldü

Misirlə sərhəddə İsrailin 2 əsgəri öldürüldü

Dünya

3 İyun 2023, 16:14

İsrailin Misirlə sərhədində silahlı toqquşma yaşanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, sərhəd yaxınlığında açılan atəş nəticəsində iki İsrail əsgəri öldürülüb. Həlak olan hərbçilərdən biri qadındır.

 

Açıqlamada İsrail ərazisinə girərək atəş açan şəxslə hərbçilər arasında qarşıdurma baş verdiyi və hücum edənin öldürüldüyü qeyd edilib.

 

Sərhəddə baş verən hadisənin şəraitinin araşdırıldığı, bölgədə axtarış işlərinin aparıldığı bildirilib.

 

Hadisə nəticəsində daha bir zabitin yaralandığı barədə məlumat yayılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək