Modern.az

Azərbaycanda 40 dərəcə isti olacaq - HAVA

Azərbaycanda 40 dərəcə isti olacaq - HAVA

Təhsil

9 İyul 2013, 13:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 10 Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu gün axşam saatlarından başlayaraq şimal küləyinin sürəti zəifləyəcək.

Bakıda gündüz 33-38 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın Aran rayonlarında maksimal temperatur 35-40 dərəcə olacaq. Dağlıq ərazilərdə 25-29 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...