Milli Şuranın 3-cü sessiyası hələ bitməyib. Modern.az xəbər verir ki, sessiyanın gedişatında iclasa rəhbərlik edən ACP sədri Sülhəddin Əkbər mətbuat konfransı keçirir.
Milli Şurada bəzi komissiyalara sədrlər seçilib.
İqtisadiyyat Komissiyası - sədri Qubad İbadoğlu
Sosial Siyasət Komissiyasının rəhbəri - Eldar Əliyev
Hüquq Komissiyasının sədri - Vidadi Mirkamal
Humanitar məsələlər komissiyası - sədri Kamil Vəli Nərimanoğlu
Qarabağ komissiyası - sədri Cəmil Həsənli
Beynəlxalq əlaqələr komissiyası - sədri Gültəkin Hacıbəyli
İctimaiyyyətlə əlaqələr komissiyası - sədri Mehman Əliyev
Etika komissiyası - sədri Nurəddin Mustafayev
Bundan başqa digər komissiyalar da yaradılıb, lakin müzakirələr getdiyindən hələlik onların sədrləri seçilməyib.
Aqşin Kərimov