Modern.az

Benzema “Real”dan gedir

Benzema “Real”dan gedir

4 İyun 2023, 18:15

Fransalı forvard Kərim Benzema İspaniya Futbol Çempionatı mövsümünün sonunda "Real Madrid" klubunu tərk edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.

 

“Kərim Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Kərim Benzema gələcəyinə qərar vermək hüququnu qazanıb. “Real Madrid” həmişə onun evi olub və olacaq. Komanda ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır”, - açıqlamada bildirilir.

 

Qeyd edək ki, Benzemanın müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır. Fransalı hücumçu "Real Madrid"lə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə Kubokun qalibi və 4 dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri