Modern.az

Gülhüseyn Hüseynoğlu II Fəxri Xiyabanda dəfn olunacaq- YENİLƏNİB

Gülhüseyn Hüseynoğlu II Fəxri Xiyabanda dəfn olunacaq- YENİLƏNİB

Təhsil

9 İyul 2013, 15:32


Bu gün dünyasını dəyişən Azərbaycanın Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə vida mərasimi sabah keçiriləcək. Mərhumla vida mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında saat 15:00-da baş tutacaq.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun Modern.az-a verdiyi məlumata görə, G.Hüseynoğlu II Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, bu gün Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, antisovet "İldırım" təşkilatının qurucularından biri Gülhüseyn Hüseynoğlu iyulun 8-də 90 yaşında vəfat edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...