Modern.az

Yeni cərimələr tətbiq eiləcək - 12 min manatadək...

Yeni cərimələr tətbiq eiləcək - 12 min manatadək...

İqtisadiyyat

5 İyun 2023, 10:00

Azərbaycanda yeni cərimələr tətbiq eiləcək.

 

Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı