Modern.az

İrəvan Afrika ölkələri ilə əlaqələri genişləndirmək istəyir

İrəvan Afrika ölkələri ilə əlaqələri genişləndirmək istəyir

Dünya

5 İyun 2023, 12:44

"Ermənistan Afrika qitəsindəki diplomatik nümayəndəliklərinin coğrafiyasını genişləndirməyi planlaşdırır".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.

 

"2024-cü ilə qədər bunu çatdıraçağımıza əmin deyiləm. Bununla belə, artıq Misirdə - Qahirədə diplomatik nümayəndəliyimiz və Efiopiyada daimi nümayəndəliyimiz var", - o deyib.

 

"Keniya və Cənubi Afrika Respublikasında diplomatik nümayəndəlik açmağı planlaşdırırıq", - nazir əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi