Modern.az

Quantanamo yenə müzakirə obyekti oldu - VIDEO

Quantanamo yenə müzakirə obyekti oldu - VIDEO

Təhsil

9 İyul 2013, 17:10


Amerikalı repçi Yasin Bey Quantanamoda “Açlıq aksiyası” keçirən məhkumlara verilən əziyyəti əks etdirən 4 dəqiqəlik qısa filmdə çəkilib. Belə ki, həbsxana işçiləri aksiya iştirakçısı olan həhkumların burunlarına xortum salaraq sıyıq yeməkləri birbaşa onların mədəsinə tökürlər. Məşhur repçinin çəkildiyi filmin məqsədi bu məcburi qidalanmaya diqqət çəkməkdir.

Modern.az-ın məlumatına görə, Ramazan ayı ilə bağlı olaraq bu məsələ Amerika mətbuatında yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə yayımlanan 4 dəqiqəlik film Rprieve İnsan Haqqları Təşkilatının təşəbbüsü ilə çəkilib. Filmin rejissoru Bafta mükafatı sahibi Asif Kapadya, sujet xətti isə aktyora məcburi qidalanma prosedurunun tədbiqidir. Qidalanma zamanı məhbusun məruz qaldığı əzabları əks etdirən kadrlar filmin kulminasiya nöqtəsidir.

Amerika hökuməti filmin nümayişindən sonra ictimaiyyətdəki narazılığı aradan qaldırmaq üçün Ramazan ayı boyunca yemək saatlarına diqqət ediləcəyi barədə məlumat yayıb. Lakin Obamanın verdiyi sözün üstündə durmadığı, Quantanamonun hələ də fəaliyyət göstərməsi Amerika vətəndaşlarının qəzəbini daha da artırır.

Qeyd edək ki, Quantnnamoda aclıq aksiyası keçirən 110 məhbusdan 46-sına məcburi qida proseduru tədbiq edilir.

 

 

Elçin MURAD

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...