Modern.az

Sallivanın bəyanatı mühüm və müsbətdir - Peskov

Sallivanın bəyanatı mühüm və müsbətdir - Peskov

Dünya

5 İyun 2023, 13:36

"Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı sualları mənə yox, Müdafiə Nazirliyinə verin".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Putin mütəmadi olaraq yerlərdə məsul şəxslərlə əlaqə saxlayır, lakin bu danışıqların stenoqramını dərc etmək planı yoxdur. Sallivanın ABŞ-ın Rusiya Federasiyası ilə ilkin şərt olmadan silahlara nəzarət üzrə dialoqa hazır olduğu barədə bəyanatı mühüm və müsbətdir. Qırğızıstanda dövlət çevrilişinə cəhdlə bağlı məlumatlar həyəcan doğurur, Kreml xəbərləri diqqətlə izləyir. OPEC+ formatı qlobal enerji bazarlarında sabitliyin təmin edilməsi üçün əhəmiyyətli olaraq qalır. Diplomatik kanallar vasitəsilə konkret addımlar atıldıqdan sonra ABŞ-la silahlara nəzarət üzrə istənilən dialoq formatını nəzərdən keçirmək mümkün olacaq. Rusiya ABŞ-la silahlara nəzarət üzrə dialoqa açıq olaraq qalır, lakin Moskva Vaşinqtonun konkret təkliflərini başa düşməlidir", - o bildirib.

 

"Putinin cədvəlinə hazırda Papanın nümayəndəsi kardinal Zuppi ilə görüş daxil deyil", - sözçü əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi