Modern.az

Taxıl müqaviləsinin uzadılması üçün perspektiv görmürük - Rusiya XİN

Taxıl müqaviləsinin uzadılması üçün perspektiv görmürük - Rusiya XİN

Dünya

5 İyun 2023, 15:38

"İstanbuldakı Birgə Əlaqələndirici Məntəqə taxıl müqaviləsi çərçivəsində gəmilərin təftişini bərpa edib".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Verşinin deyib.

 

"Rusiya taxıl müqaviləsinin uzadılması üçün heç bir perspektiv görmür. BMT nümayəndələri ilə mövcud razılaşmalar üzrə məsləhətləşmələr davam edir. Ukrayna taxıl sazişinin həyata keçirilməsi üçün müxtəlif tələblər irəli sürür və bununla da artıq vəziyyəti çıxılmaz vəziyyətə salıb, Rusiya isə ixracı ehtiva edən razılaşmalara əməl etməkdə israrlıdır", - deyə o qeyd edib.

 

"Yeni limanlar hesabına Qara dəniz təşəbbüsündə heç bir dəyişiklik olmadı", - nazir müavini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi