Modern.az

Tanınmış vəkili maşın vurdu - VİDEO

Tanınmış vəkili maşın vurdu - VİDEO

Hadisə

6 İyun 2023, 08:18

Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub.

 

Modern.az xəbər verir ki, vəkilin qəza keçirməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Məlumata görə, hadisə aparıcı Tarix Əliyevin ( Tolik) ad günü məclisindən çıxarkən Nizami rayonunda baş verib.

 

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən “Qafqazinfo”ya təsdiq ediblər. İdarənin baş inspektoru Araz Əsgərli deyib ki, hadisə nəticəsində vəkil dərhal xəstəxanaya aparılıb, vəziyyətinin yaxşı olduğu bildirilir:

 

“Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə törədən “KİA” markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Hazırda araşdırma aparılır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər