Böyük Britaniyanın kəşfiyyat orqanı olan MI6-nın rəhbəri Riçard Mur Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı postuna təyinat alan İbrahim Kalını təbrik edib.
Modern.az xəbər verir ki, baş kəşfiyyatçı təbriklərini yeni həmkarına tviter səhifəsindən türkcə çatdırıb.
"Bunun təqlidçi bir tviter səhifəsi olmadığına inanaraq, köhnə dostum İbrahim Kalını MİT başçılığına təyin olunması münasibətilə təbrik edir, birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Xeyirli olsun", - o qeyd edib.
Xatırladaq ki, Mur Türkiyənin XİN başçısı vəzifəsinə təyin olunan sabiq MİT rəhbəri Hakan Fidanı təbrik edərkən səhvən onun adına açılmış saxta hesabı işarələmişdi.
Bunun parodi bir Twitter hesabı olmadığına inanarak?, eski dostum @ikalin1'i MİT Başkanlığı'na atanmasından dolayı tebrik ediyor, birlikte çalışmayı sabırsızlıkla bekliyorum. Hayırlı olsun. //t.co/iNZZ7nOZSf
— Richard Moore (@ChiefMI6) June 5, 2023