Modern.az

Lənkəranda silsilə oğurluq edən şəxs TUTULDU

Lənkəranda silsilə oğurluq edən şəxs TUTULDU

Hadisə

6 İyun 2023, 10:03

Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən təmir-tikinti alətləri və 1 ədəd velosipedin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Niyaz Cəfərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yaşayış evləri, ofis, gözəllik salonu daxil olmaqla ümumilikdə 9 ünvandan oğurluq etdiyi müəyyən edilib. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanıldıqdan sonra N.Cəfərovun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Faktlarla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər