Ermənistanda yeni atom enerji blokunun tikintisi üzrə idarələrarası işçi qrupu yaradılıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan müvafiq qərar imzalayıb.
Paşinyanın qərarında deyilir ki, işçi qrupu yeni kiçik modul reaktorların tikintisinin mümkünlüyünü öyrənəcək, texnologiyaları təhlil edəcək və gələcək addımları hazırlayacaq.
Qrupa ərazi-idarəetmə və infrastruktur nazirinin müavini rəhbərlik edəcək və onun tərkibinə xüsusilə Ekologiya, İqtisadiyyat, Daxili İşlər Nazirliklərinin və Nüvə Təhlükəsizliyi Komitəsinin vəzifəli şəxsləri daxil olacaq.